Ubanq dili öz unikal xüsusiyyətinə görə dünyanın digər dillərindən fərqlənir. Belə ki, Nigeriyada eyniadlı kənddə yaşayan bu dilin daşıyıcısı olan ubanqlı kişilər və qadınlar ayrı formada danışırlar.
Bir sıra tədqiqatçılara görə "Quran"da "cəhənnəm" adlandırılan yer Ge Hinnom vadisidir.
Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək, sırf fotosafarilərə istiqamətləniblər
712-ci ildə Nara dövründə O no Yasumaro tərəfindən yazılmış Kociki salnaməsini bəzən Yaponiyanın Bibliyası adlandırırlar.
ABŞ-ın Nebraska ştatının Allayans şəhərində yerləşən Karhenc abidəsi Stounhencin boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən hazırlanmış təqlididir.
Bolqar xeyirxah Dobri Dobrev hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı.
Yaponiyada şəkərdən müxtəlif formada heykəllər hazırlamaq sənəti amezayku adlanır.
1982-ci ildə İspaniyada oynanan və tarixə "Xixon rüsvayçılığı" adı ilə düşən AFR-Avstriya futbol matçından sonra dünya çempionatlarında hər qrupun son iki oyunu eyni saatda keçirilir.
Studio Ghibli tərəfindən 2004 ildə çəkilən Haulun yeriyən qəsri animasiya filmi ingilis yazıçısı Diana Uinn Consun eyniadlı əsəri əsasındə yaradılıb.
Seylor Mun manqasının personajlarından biri olan Seylor YupiterSeylor Mun manqasından başqa özündən bəhs edən Makonun depressiyası manqasında da yer almışdır.
Hinduizm dinində olan Sati ritualına (şəkildə) görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
Find a Grave saytı məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası hesab olunur.
Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan Qlaukoma xəstəliyinin daşıyıcılarının sayı 45 milyon nəfərdən çoxdur.