Ankarada yerləşən Anıtqəbir mavzoleyi 1941-ci ildə Türkiyə Hökümətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 digər layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında inşa edilmişdir.
Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Nagrelanın öldürülməsindən sonra başlamışdır.
1318-1765-ci illər aralığında mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşmişdir. 26 rahibin fəaliyyət göstərdiyi arxiyepiskopluğ özündə 360 katolik ailəsini birləşdirirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.
"Bürünc altı heykəli"nin (şəkildə) pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" adıyla tanınan nəhəng qaya parçası 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdır.
Peşəkar İT mühəndislərdən biri olan Devid Bredli kompüteri yenidən yükləmək üçün istifadə edilən "Control+Alt+Delete" düymələr kombinasiyasının yaradıcısı kimi tanınır.
Reqressiya analizinin məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır.
Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38%-ini təşkil edirdi.
"Q" hərfi Türkiyədə 85 il ərzində qeyri-qanuni hesab olunmuşdur.
Çarlz Dikkensin ailəsinin bir pişiyi, yeddi iti, iki qarğası, Dik adlı sarı bülbülü və Nyumen Noqqs adlı ponisi var idi.
Kanada milli bayrağın (şəkildə) dizaynı üçün müsabiqə keçirəndə müraciət edənlər eskizlərinin 10 faizinin çoxunda qunduz təsvirindən istifadə olunmuşdu.
Pentaqon 1943-cü ildə fəaliyyətə başlayanda orada ağdərililər və qaradərililər üçün ayrı-ayrı hamamlar var idi.
Uzun Həsənin oğlu Zeynal bəyin dəfn olunduğu türbə (şəkildə) Ilısu Barajının tikintisi sona çatdıqdan sonra su altında qalmaması üçün xüsusi texnologiya vasitəsilə 12 may 2017-ci ildə öz yerindən Hasankeyf Yeni Mədəniyyət Parkına daşınmışdır.
@ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir.
Banqladeşin ilk prezidenti olmuş Mucibur Rəhman (şəkildə) Bangabandhu (benq.বঙ্গবন্ধু - Banqladeş xalqının dostu) adına layiq görülmüşdür.
Yalla qrupunun yaradıcısı Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.