Veps dili — Veps xalqının ana dili. Veps dili Rusiya Federasiyasında danışılan fin mənşəli üç dildən biridir. 1989-cu ilə olan məlumata əsasən 12.500 nəfər veps dilindən ana dili kimi istifadə etmişdir. Yalnız Kareliya Respublikasında rəsmi statusa malik olan veps dilində danışan şəxslərin sayı son illər sürətlə azalmaqdadır. Verilən son məlumatlara əsasən 6.360 nəfər bu dili ana dili olaraq danışır. Fin mənşəli olduğundan Rusiya Federasiyasında olan digər dillərdən fərqli olaraq, kiril yox latın əlifbası ilə yazılır.