Turan Tovuz FK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Boz qurd
Rəng(lər) Göy-qırmızı
Yaranma tarixi 1992
Stadionu Tovuz şəhər stadionu
Tutumu 6500
Prezidenti Azərbaycan Yaşar İbrahimov
Baş məşqçisi Azərbaycan Ayxan Abbasov
Liqa Azərbaycan Premyer Liqası
2022-23 6
Rəsmi saytı

Turan Tovuz FKTovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.

"Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.[1]

Adı

10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.[2] Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.[3]

Uğurları

Ölkədaxili turnirlərdə

UEFA turnirlərində

"Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2010

Turnir İştirak Oyun Q H M T/F T/B
UEFA Kuboku 1 2 0 0 2 0 – 7 -7
Cəmi 1 2 0 0 2 0 – 7 −7

UEFA turnirlərindəki oyunlar

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
1994/1995 UEFA Kuboku I t/m. Türkiyə Fənərbaxça (s) 0:5 (e) 0:2 0–7

UEFA turnirlərində "Turan"ın Azərbaycan siftələri

Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur[4].

Klubun məşhurları

Himni

Musiqisi: Faiq Sücəddinov
Sözləri: İsmayıl Dadaşov

Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, "Turan", sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Nəqərat:
Hər zaman yaşa, "Turan",
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan!

Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.

[5]

Gerblər

İstinadlar

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. "Azərbaycanın avrokuboklarda ilk təmsilçisi "Turan" necə yarandı? – LAYİHƏ // sportline.az//". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  2. ""Turan-T" ad məsələsini rəsmiləşdirdi" (az.). komanda.az. 2014-10-10. 2015-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  3. ""Turan-T" "Turan Tovuz" adlanacaq" (az.). pfl.az. 2014-10-10. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  4. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27
  5. "GERB, HİMN" (az.). turanpfc.com. 2014-10-14. 2014-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.

Xarici keçidlər