Tabasaran dili (Табасаран чӀал) — əsasən Rusiya Federasiyasının Dağıstan bölgəsində yaşayan tabasaranlıların dili, Dağıstanın dövlət dillərindən biri.
Ləzgi dilləri qrupuna aid olaraq [1][2] Nax-Dağıstan dilləri qrupuna aiddir. Tabasaran dili ləzgi dilinə, xüsusi ilə də aqul dilinə yaxındır,[2] şərqi ləzgi dilləri yarımqrupunu təşkil edir.