Salyan dialektiAzərbaycan dilinin dialekti. Şərq dialekt qrupuna daxildir. Azərbaycanın Salyan rayonunda geniş yayılmışdır.[1][2][3][4][5][6][7][8][9][10]

Nümunə

[redaktə | mənbəni redaktə et]
Salyan dialektində Ədəbi dildə Audioversiya
Mübāsə

İki yoldaş olır — birinin adıi Əhmət, birinin Zəhmət. Əhmət Zəhmətə didi ki, mə̃m atam çox bõügdü. Zəhmət didi ki, nə boydadıi? Əhmət didi: «yap öy boyda!». Zəhmət didi ki, sə̃n aton cortdandıi, mə̃mki on öy boydadıi. Əhmət didi: «Mə̃m atam yap bõügdü, az qalıb başıi aya çata». Zəhmət didi: «Mə̃m atam yap ildıza çatır». Mübāsə çox uzandıi. Āxırda Zəhmət yoldaşın alladır, onnan sorışır: «Bilirəm sə̃n aton çox bõügdü, ōn boyıi ildıza çatır. Sən di görüm, ildızdarın yanında atōun başına bi şey dəgirdi, ya yox?». Zəhmət sõündi ki, atasi çox bõügdü, həm də atasının başına dəgən, bəyəvara, Allahın əlidi. Didi ki, hə, dəgirdi. Əhmət bı cāba çox sõündi, sōra didi ki, sə̃n atōun başına dəgən o şey mə̃m atamın əliydi, indi gör, mə̃m atam nə boydadı[11].

Mübahisə

İki yoldaş olur — birinin adı Əhməd, birinin Zəhmət. Əhməd Zəhmətə dedi ki, mənim atam çox böyükdür. Zəhmət dedi ki, nə boydadır? Əhməd dedi: «lap ev boyda!». Zəhmət dedi ki, sənin atan cırtdandır, mənimki on ev boydadır. Əhməd dedi: «Mənim atam lap böyükdür, az qalıb başı aya çata». Zəhmət dedi: «Mənim atam lap ulduza çatır». Mübahisə çox uzandı. Axırda Zəhmət yoldaşını alladır, onnan soruşur: «Bilirəm sənin atan çox böyükdür, onun boyu ulduza çatır. Sən de görüm, ulduzların yanında atanın başına bir şey dəyirdi, ya yox?». Zəhmət sevindi ki, atası çox böyükdür, həm də atasının başına dəyən, bəlkə, Allahın əlidir. Dedi ki, hə, dəyirdi. Əhməd bu cavaba çox sevindi, sonra dedi ki, sənin atanın başına dəyən o şey mənim atamın əli idi, indi gör, mənim atam nə boydadır.

Dinləyin
İki lotıi

İki dənə lotıi şə̃rdə siydən düşüllər. Olar diyir ki, biz bırda yaşıyamərrig, başqa şə̃rdə biziyçün yaxşıi keçər nābələd oldığımıza. İki lotılar gedillər bi başqa şə̃rə. Gedillər o şə̃rin qırağında görillər iki dənə uşağ odın yığır. Sorışıllar ki nə yığırsuz? Uşağlar belənçig cağab verillər ki, çör-çöp yığıruğ. Lotılar xəbər alır ki, çör çördü; bə çöp nədi? Uşağlar belə cağab verillər ki, çör əyağ üssə durandıi, çöp yerə töküləni. Lotılar baxır görür ki, bırda bılarçın tutmıyacağ, sōra çıxıb gedillər şə̃rdən[11].

İki lotu

İki dənə lotu şəhərdə hörmətdən düşüllər. Onlar deyir ki, biz burada yaşaya bilmərik, başqa şəhərdə bizim üçün yaxşı keçər nabələd olduğumuza. İki lotular gedillər bir başqa şəhərə. Gedillər o şəhərin qırağında görüllər iki dənə uşağ odun yığır. Soruşullar ki nə yığırsınız? Uşaqlar belə cavab verillər ki, çör-çöp yığırıq. Lotular xəbər alır ki, çör çördü; bəs çöp nədir? Uşaqlar belə cavab verillər ki, çör ayaq üstə durandır, çöp yerə töküləni. Lotular baxır görür ki, burada bunlar üçün tutmayacaq, sonra çıxıb gedillər şəhərdən.

Dinləyin

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Gerhard Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish" (ingilis). 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
  2. Azerbaijanian — L. Johanson (Johannes Gutenberg University, Mainz, Germany, 2006.), pp. 112—113. // Concise Encyclopedia of Languages of the World. Coordinating editor — Keith Brown (University of Cambridge), co-editor — Sarah Ogilvie (University of Oxford). First edition. Amsterdam: Elsevier Ltd., 2009, XXXVI+1283 pages. ISBN 9780080877747
  3. Ширалиев М. Ш. О диалектной основе азербайджанского национального литературного языка // Вопросы диалектологии тюркских языков . I (русский). Б. 1958. 14.
  4. Баскаков Н. А. Введение в изучение тюркских языков. М.: Высшая школа. 1969. 266.
  5. Ширалиев М. Ш. Изучение диалектов азербайджанского языка // Известия Академии наук Союза СССР. Отделение литературы и языка . VI (журнал) (русский). № 5. Б. — 1947. сентябрь—октябрь. — 431.
  6. Рустамов Р. А. О состоянии изучения диалектов азербайджанского языка // Вопросы диалектологии тюркских языков . I (русский). Б. 1958. 68.
  7. Джафар А. Доклад // Вопросы диалектологии тюркских языков . I (русский). Б. 1958. 127.
  8. Ширалиев М. Ш. О диалектной основе азербайджанского националь­ ного литературного языка // Вопросы языкознания (журнал) (rus). № 1. Издательство Академии наук СССР. — 1958. январь—февраль. — 80.
  9. Məmmədli, 2019
  10. Һүсейнов, 1958
  11. 1 2 Рамазанов, 1955

Ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Kitablar

[redaktə | mənbəni redaktə et]

Dissertasiyalar

[redaktə | mənbəni redaktə et]