Qazyan
40°26′33″ şm. e. 47°40′36″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 6162 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qazyan xəritədə
Qazyan
Qazyan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QazyanAzərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]

Tarixi

Yerli əhalinin dediyinə görə Qazyan kəndi XX əsrin əvvəllərində Çar hökuməti tərəfindən xüsusi fərmanları Zaqafqaziya Şeyxülislamı Babayev Baba ağaya bağışlanmışdır.

Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi – ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Respublikamızın ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır.[2][3]

Toponim əslində Qazian – qailər olmalıdır ki, bu da ərəbcə qalib, fateh mənasındadır. “Dədə – Qorqud” dastanında qazi – ərənlər formasında “igid, qəhrəman” mənasında işlənib. Səfəvi hakimlərinin zamanında qazi sözü təriqət döyüşçüsü, mürid kimi qəbul edilirdi ki, onlara böyük imtiyazlar verilmişdi. Qızılbaş tayfaları içərisində qaziyan tayfası da mövcud idi. A.R. ərazisində qeydə alınmış Qazyan toponimləri də bu tayfanın adı ilə əlaqədardır. Toponim qədim türk mənşəli bulqar tayfasından biri olan kazan türk tayfasının adındandır. Qazianlar Azərbaycana Səfəvilər dönəmində gəliblər.

Qazyan coğrafi adının mənası belədir: an – məkan, yurd, oba adını bildiririr. “Qazi” isə tayfa adıdır, yəni “Qazi” tayfalarının yaşadığı yer mənasını verir.

Qazyan kəndi Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunur. Rayonda ən böyük,Azərbaycanda 2 -ci kənd sayılır.

Kəndin toponimi

Qazyan coğrafi adının mənası belədir: Yan – Məkan, yurd, oba adını bildiririr. “Qaz” isə tayfa adıdır, yəni “Qaz” tayfalarının yaşadığı yer mənasını verir.Həmçinin oğuz sözünündə törəməsi ğuz ğaz oğuz mənasını da verir.Digər bir mənası Qafqaz dağları Qazyan adından götürülmüşdür Qazyan kəndi Azərbaycanda ən qədim kəndlərdən biri hesab olunur. Kənd ətrafında arxoloji qazıntılar zamanı 1 milyon il əvvələ aid məişət əşyaları tapılmışdır.Rayonda ən böyük kənd sayılır. Qazyan kəndi – rayon mərkəzindən 12 km cənubda Göyçayın – sağ sahilində Şirvan düzündə və aranda yerləşir. Qazyan kəndinin əhalisi 16018 nəfər olmaqla 19218 ev-ailə vardır. Sahəsi -26835 hektardır.

Tanınmış şəxsləri

Mədəniyyəti

Kənddə 6 tam orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası,Qazyan Bazarı, çoxlu ticarət və iaşə obyekti vardır.

Coğrafiyası və iqlimi

Qazyan kəndi – rayon mərkəzindən 12 km cənubda Göyçay çayının – sağ və sol sahilində Şirvan düzündə və aranda yerləşir.Kəndin şimalında quru suptropik mərkəzi hissəsində rütubətli suptropik,cənubunda mülayim ,şərqində və qərbində keçici tropik iqlim hökm sürür.orta aylıq tempratur yanvarda -9 °C,iyulda +48 °C olur.

Əhalisi

Qazyan kəndinin əhalisi 16018 nəfər olmaqla 13218 ev-ailə vardır. Əhalisinin sayı 2009-cu ildə isə 6162 nəfərə çatmışdır.  [4]

Qazyan kəndi qədim kənd olmaqla ziyalı kənddir. Elmlər doktoru, professor Əliyev Alı, Xəlilov Rövşən, Əliyev Zöhrab, şair Fətəli Sahib, tarix elmləri namizədi Babayev Səməd bu kəndin yetirmələridir.

Din

Kənddə "Savab" məscidi dini icması fəaliyyət göstərir[5].

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh.48.
  3. APA TV. "Azərbaycanda bu kəndin adını izah etmək üçün kitab yazılıb" (az.). Youtube.com. 12.08.2022. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)