Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri

Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət)  — 1950–1960-cı illərdə Qərbi AvropaABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti[1], partlayış, şok effekti əmələ gətirən incəsənət[2].

Tarixi

"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞQərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn[3], Casper Cons[4][5], Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur[6].

Xüsusiyyətləri

Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar[2].

Görkəmli nümayəndələri

Roy Lixtenşteyn. Topla qız, 1961

Sitatlar

Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.


Pop — bu, sevgidir, pop hər şeyi tanıyır ... Pop bomba partlamasına bənzəyir. Bu amerikan arzusu, optimist, səxavətli və sadədir. — Robert İndiana

Ədəbiyyat

Rus dilində

İngilis dilində

Həmçinin bax

İstinadlar

  1. В. Г. Власов. Иллюстрированный художественный словарь. — СПб.: Икар, 1993. — С. 173.
  2. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 600.
  3. Hendrickson, Janis. Roy Lichtenstein. Cologne, Germany: Benedikt Taschen. 1988. səh. 31. ISBN 3-8228-0281-6.
  4. Robert Rosenblum, "Jasper Johns" Art International (September 1960): 75.
  5. Hapgood, Susan, Neo-Dada: Redefining Art, 1958-62. New York: Universe Books, 1994.
  6. de la Croix, H.; Tansey, R., Gardner's Art Through the Ages, New York: Harcourt Brace Jovanovich, Inc., 1980.

Xarici keçidlər