Polimiya — Qafqaz Albaniyasının çarı. Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərində adı çəkilir.
Rostovlu Dimitrinin "Müqəddəslərin həyatları" əsərinə görə Müqəddəs Varfolomey Alban ölkəsi hökmdarı Polimiyanın ürəyinə şeytanın hakim olduğu qızını sağaldır. Bundan sonra Alban hökmdarı bütün nəsli ilə birlikdə vəftiz olundu. Dmitri hadisələri bütün Qafqaz Albaniyasının xristianlığı qəbul etməsi kimi qələmə verir: "Çarın məsləhətinə əmə edərək ona yaxın və daha çox şəhər vəftizi qəbul etdi."
Rostovlu Dimitrinin bu məlumatları hardan əldə etdiyi məlum deyil. Ola bilər ki, o, Müqəddəs Varfolomeyə aid daha qədim məlumatlara malik idi. Hal-hazırda kilsə elmində belə məlumatlar yoxdur. Hər halda Qafqaz Albaniyası və antik Ermənistan krallığının həmin dövrə aid mənbələrində Polimiya adlı çara rast gəlinmir. IV əsrə qədər ilk alban çarlarının adı bilinməsə də, xristianlığın bütün ailəsi və ətrafı ilə qəbul edən alban çarının tarixi mənbələrdə qeyd edilməməsi Polimiyanın alban çarı yox, vilayət hakimi olması hesab edilə bilər.[1]
Oxşar hadisələr 91-109-cu illərdə hakimiyyətdə olmuş I Sanatruk üçün də qeyd edilir.[1]
Qafqaz Albaniyası hökmdarları | ||
---|---|---|
İlk hökmdarlar | Arran • Arran və I Vaçaqan arasında 34 hökmdar • Oroys • Zober • Polimiya • Satinikin atası • Datianın sələfi • Datian | |
Alban Arşakiləri | ||
Sasanilərin mərzbanları | ||
Mehranilər | Varaz Qriqor (628-642) • Cavanşir (642-681) • I Varaz Trdat (681-694) • Sparama1 (694-699) • Şeroyə1 (699-704) • I Varaz Trdat (704-705) | |
İddiaçılar | ||
Əyalət hakimləri2 | II Vardan (705-711) • Narse (711-740) • I Qagik (740-770) • I Stepanos (770-800) • II Varaz Trdat (800-812) • Səhl ibn Sumbat (822-854) • Hovannes/Müaviyə ibn Səhl (838/839-854) • Atrnerseh (?-870) • II Varaz Trdatın qızı Sparma1 (854-?) • Qriqor Hammam (893-897) • II Atrnerseh (906-944) • İşxan Əbu Əbdülmalik (1044-1110) • Böyük Kvirike (1032-1038) | |
1hökmdarın yoxluğunda 2titullar formal xarakter daşıyır, həqiqi hakimiyyət deyil və ya müəyyən tarixi mənbələrdə Albaniya çarı adlandırılır |