Muxax
41°34′09″ şm. e. 46°42′15″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 463 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.320 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1008
Xəritəni göstər/gizlə
Muxax xəritədə
Muxax
Muxax

MuxaxAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi[1], uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.

Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.

Kəndin ərazisi 3230 hektardir.

Əhalisi

[redaktə | mənbəni redaktə et]
Muxax kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[2] Nisbəti, 1970 sa.[2]
cəmi 3 989 100 %
saxurlar 2192 53.9

%

azərbaycanlı 1794 46.1%
digər 4 1 %

Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.

Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Din

[redaktə | mənbəni redaktə et]

Kənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir[3].

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Baku TV. "Məşhur mədəniyyət ocağı niyə pis vəziyyətdədir?" (az.). Youtube.com. 22.04.2024. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  2. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Arxivləşdirilib 2012-05-27 at the Wayback Machine
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az  (az.)
Zaqatala rayonu  Zaqatala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd  Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.