Meydan TV | |
---|---|
| |
Ölkə | Almaniya |
Dil | Azərbaycan dili |
Baş qərargah | Berlin, Almaniya |
Yaranma tarixi | 15 may 2013 |
Rəhbərlik | Emin Milli (2013-2019) |
Şüar | Azad və alternativ media kanalı |
Sayt | meydan.tv |
Meydan TV — 10 mart 2013- cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı.[1][2] Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Ümumrespublika | ||
---|---|---|
Regional | ||
Peyk, internet, kabel | AFFA TV • APA TV • Azadlıq Radiosu TV • CBC • Chat Box • Dəyərlər TV • Inter FC TV • Kanal 13 • MTV Azerbaijan • Səs TV • Vision TV • AMC • ATV Cinema • ATV Vivace • Ayna TV • Baku TV • Kanal-S | |
Xaricdə fəaliyyət göstərən | Türkmeneli TV • GünAz TV • AzCan TV • Marneuli TV • Amerikanın səsi • CanAz TV • Azarbayjan-e Gharbi TV • Sahar TV Azeri • Azadlıq Radiosu TV • Meydan TV • Turan TV | |
Fəaliyyətini dayandıran | AzTV 2 • BMTİ • Sara TV • Simurq M TV • Aygün TV • Mingəçevir TV • ABA TV • Dünya TV • Peyk TV • Yevlax TV • Yurd TV • Maarif TV • Mingəçevir TV • TV Tibb • Heydarbaba TV • Obyektiv TV • Zuhur TV • Qütb TV • ANS TV • XL TV • FC Baku TV • İrəli TV • Şahin TV • ARB Ulduz • Dalğa TV • Lider TV • İnterAz TV • Kanal 35 |