Kiyev
Київ
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
50°27′00″ şm. e. 30°31′25″ ş. u.
Ölkə
Başçı Vitali Kliçko[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 482
Sahəsi
Mərkəzin hündürlüyü 179 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.952.301 nəf. (1 yanvar 2022)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 44
Poçt indeksi 01000–06999
Nəqliyyat kodu AA, KA
Digər
kyivcity.gov.ua
Xəritəni göstər/gizlə
Kiyev xəritədə
Kiyev
Kiyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.

Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, BerlinMadriddən sonra Avropanın yeddinci böyük şəhəridir.

Toponimi

[redaktə | mənbəni redaktə et]

"Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb.

Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb[4][5].

Tarixi

[redaktə | mənbəni redaktə et]

Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır.

Əhalisi

[redaktə | mənbəni redaktə et]

Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər. Demoqrafiya İnstitutunun və Ukrayna MEA-nın 2009-cu ilin əvvəlinə olan sosial tədqiqatlarına görə Kiyevin faktiki əhalisi 3144,3 min nəfər təşkil edirdi. Onların arasında 83 % — ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa millətlərin nümayəndələridir.

Nəqliyyat

[redaktə | mənbəni redaktə et]

Kiyevdə üç aeroport mövcuddur: "Borispol" Beynəlxalq aeroportu, "Kiyev" (Julyanı) Beynəlxalq aeroportu və Qostomel yük aeroportu.

Həmçinin, şəhərdə bir neçə dəmiryol vağzalı var: Kiyev-sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva.

Kiyev Rusiya imperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.

6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,4 milyon sərnişin istifadə edir.

Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.

Təhsil

[redaktə | mənbəni redaktə et]

Bu gün Kiyev Ukraynada ən böyük elm və təhsil mərkəzlərindən biridir. Kiyevdə böyük miqdarı ali və orta xüsusi təhsil müəssisələri yerləşdirilmişdir, bir neçə beynəlxalq əhəmiyyətli universitetlər daxil olmaqla, həmçinin Ukraynanın üç ən nüfuzlu universiteti: Taras Şevçenko adına Kiyev milli universiteti, "KPİ" Ukraynasının Milli texniki universiteti və Milli universitet "Kievo-Moqilyanskaya akademiya".

Kiyevdə təxminən 350 məktəb, 100-dən çox gimnaziya və lisey, təxminən 70 ali məktəb vardır, o cümlədən:

Mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.

Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Türkiyə Ankara, Türkiyə (1992)
Qazaxıstan Astana, Qazaxıstan (1998)
Yunanıstan Afina, Yunanıstan (1996)
Türkmənistan Aşqabad, Türkmənistan
Azərbaycan Bakı, Azərbaycan (1997)
Serbiya Belqrad, Serbiya
Qırğızıstan Bişkek, Qırğızıstan (1997)
Braziliya Brazilia, Braziliya
Slovakiya Bratislava, Slovakiya (1969)
Belçika Brüssel, Belçika (1997)
Macarıstan Budapeşt, Macarıstan (1993)
Argentina Buenos-Ayres, Argentina (1993)
Polşa Varşava, Polşa (1994)
Avstriya Vyana, Avstriya (1992)
Litva Vilnüs, Litva (1992)
Kuba Havana, Kuba (1994)
İtaliya Genuya, İtaliya (2009)
Ermənistan İrəvan, Ermənistan (1995)
İsveçrə Cenevrə, İsveçrə
İsrail Qüds, İsrail
Yaponiya Kioto, Yaponiya (1971)
Moldova Kişinyov, Moldova (1993)
Polşa Krakov, Polşa (1961)
Almaniya Leypsiq, Almaniya (1962)
Portuqaliya Lissabon, Portuqaliya
Rusiya Mahaçqala, Rusiya
Meksika Mexiko, Meksika (1997)

Belarus Sian, Belarus (1997)
Rusiya Moskva, Rusiya (1992)
Almaniya Münhen, Almaniya (1989)
Danimarka Odense, Danimarka (1989)
Qırğızıstan , Qırğızıstan
Çin Pekin, Çin (13 dekabr, 1993)
Cənubi Afrika Respublikası Pretoriya, CAR (1993)
Latviya Riqa, Latviya (1998)
Braziliya Rio-de-Janeyro, Braziliya
Rusiya Sankt-Peterburq, Rusiya (2001)
Çili Santyaqo, Çili (1998)
Rusiya Saratov, Rusiya (2007)
Bolqarıstan Sofiya, Bolqarıstan (1999)
İsveç Stokholm, İsveç (1997)
Estoniya Tallin, Estoniya (1994)
Finlandiya Tampere, Finlandiya (1961)
Özbəkistan Daşkənd, Özbəkistan (1998)
Gürcüstan Tbilisi, Gürcüstan (1999)
Kanada Toronto, Kanada (1991)
Liviya Tripoli, Liviya
Fransa Tuluza, Fransa (1970)
Çin Uxan, Çin (1990)
İtaliya Florensiya, İtaliya (1969)
Finlandiya Helsinki, Finlandiya (1993)
ABŞ Çikaqo, İllinoys, ABŞ (1991)
Böyük Britaniya, Şotlandiya Edinburq, Böyük Britaniya (1989)

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Київський міський голова. Kyiv City State Administration.
  2. https://web.archive.org/web/20150918152231/http://atu.gki.com.ua/atu/26.
  3. State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
  4. "edebiyyat defteri". 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
  5. "Murad Adji Europa, Turkic, The Great Steppe". 2013-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]