Jidi | |
---|---|
38°51′49″ şm. e. 48°34′05″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var.
1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb.[2]
Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir.[3] Qonşu kəndləri Gəgiran, Diryan, Tuado.
Kəndin əhalisi etnik talışlardan ibarətdir. Danışıq dili olaraq əsasən talış dilində danışırlar. Kənd əhalisi İslam dininin şiə məzhəbinə etiqad edir.
Şəhərlər | ||
---|---|---|
Qəsəbələr | ||
Ləğv olunmuş qəsəbələr | ||
Kəndlər | Aşağı Apu • Ballabur • Bala Şürük • Biləsər • Boladı • Bürcəli • Bəliton • Cil • Darquba • Daşdalıqcar • Daştatük • Digah • Diryan • Ələzəpin • Əşlə • Girdəni • Göyşaban • Günəhir • Gəgiran • Haftaruon • Havzova • Horavenc • Xanbulan • Xanlıqlı • Xarxatan • Xolmili • Jidi • Kosalar • Köhnə Gəgir • Küvənil • Kənarmeşə • Kərgəlan • Qodəsə • Qumbaşı • Qurumba • Lüvəsər • Ləj • Mamusta • Mikolan • Moğonojoba • Mollakənd • Moloja • Narbağı • Osakücə • Pambəyi • Parakənd • Rəzvan • Rvo • Seliqavol • Separadi • Seyidəkəran • Səbir • Səpnəkəran • Sərinbulaq • Sinovli • Siyablı • Siyavar • Sütəmurdov • Şağlakücə • Şağlaser • Şiləvar • Şilim • Şivlik • Şovu • Şürük • Şıxakəran • Talışlı • Tatoba • Təngivan • Tuado • Tükəvilə • Türkəkəran • Türkəncil • Tütəpeştə • Vel • Velədi • Vıy • Vilvan • Viravul • Viyən • Yuxarı Nüvədi • Ürgə • Üzümçülük • Zövlə | |
Ləğv olunmuş kəndlər |
Lənkəran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |