Jan de Roktayad
fr. Jean de Roquetaillade
Əsərindən bir parça (1350)
Əsərindən bir parça (1350)
Doğum tarixi
Doğum yeri Markoles
Vəfat tarixi
Vəfat yeri Avinon, Fransa
Milliyyəti fransız
Elm sahəsi əlkimya
Təhsili Tuluzada 5 il fəlsəfə təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan de Roktayad[1] (fr. Jean de Roquetaillade; ö. 1370, güman ki, Avinonda) — fransız fransiskan əlkimyaçı.[2]

Həyatı

Tuluza şəhərində 5 il fəlsəfə üzrə təhsil aldıqdan sonra Oriyakda fransiskan monastırına daxil olmuşdur. Burada da 5 il təhsil almağa davam etmişdir.

Distilyasiya ilə əlaqədar apardığı təcrübələr onun aqua vitæ, bəzən quinta essentia adlandırdığı kəşflə nəticələnmişdir. Onun fikrincə bu, bütün xəstəliklərin panakeyasıdır.

Onun əlkimyagər kimi yazdığı bu işi "De consideratione quintæ essentiæ" (1551) və "De extractione quintæ essentiæ" əsərlərinin ana mövzusu olmuşdur. Bu cür əsərlərdən biri də "Libellus de conficiendo vero lapide philosophico ad sublevandam inopiam papæ et cleri in tempore tribulationis" (Strasburq, 1659) adlanır.

Onun qabaqcadan demələri onu böyüklərinin etibarından düşməsi ilə nəticələnmişdir və nəticədə yerli fransiskan qadın monastırlarının birində həbsə atılmışdır. Bir monastırdan digərinə köçürülərkən Avinona çata bilmişdir. Avinonda o, bu əsərlərini yazmışdır: "Visiones seu revelationes" (1349), "Vade Mecum in tribulatione" (1356)[3]"Liber Ostensor". Digər əsərlərinə "Oraculum Cyrilli" haqqında şərhləri, son dövrlərdə kəşf edilmiş "Sexdequiloquium" və müxtəlif qabaqcadan demələrlə bağlı olan digər itmiş elmi əsərləri də aiddir.

Əsərləri

İstinadlar

  1. John of Roquetaillade, Johannes de Rupescissa, Giovanni da Rupescissa.
  2. John of Roquetaillade (de Rupescissa) Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine - Catholic Encyclopedia
  3. In Brown, Fascicula rerum expetendarum et fugiendarum, III, London, 1640.

Ədəbiyyat

Xarici keçidlər