I Vasak | |
---|---|
II Sünik knyazı | |
998 – 1040 | |
Əvvəlki | I Smbat |
Sonrakı | II Smbat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Dəfn yeri | |
Atası | I Smbat |
Ailəsi | Sünik |
Dini | xristian |
I Vasak (doğum tarixi naməlumdur — 1040[1]) – Sünik knyazlığının 998 – 1040-cı illərdə hakimiyyətdə olmuş II knyazı.[1]
I Vasak taxtda atası I Smbatı əvəz etmişdi. Ani çarı I Qagikdən vassal asılılığını qəbul etməyə məcbur olmuş I Vasak onun 1003-cü ildə Azərbaycanın Parisos vilayətinə təşkil edilmiş yürüşündə də iştirak etmişdi. Baqratuni sülaləsindən olan Ani çarı I Qagik I Vasakın qızı Ketramidə ilə evlənmişdi.[2]
O, kəndli hərəkatını yatırmış, X əsrin ortalarında erməni katolikosu I Ananiya Mokaçi tərəfindən dağıtdırılaraq lənətlənmiş Tatev monastırını yenidən bərpa etdirmiş və müdafiə sistemini möhkəmlətmişdir. Onun hakimiyyət dövrü əsasən sülhlə keçmişdir ki, bu da ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və tikinti işlərinin aparılmasına imkan vermişdir. I Vasak və onun varisi II Smbatın hakimiyyəti dövründə Sünik knyazlığı öz çiçəklənmə dövrünü yaşamış[3], Qafanda geniş quruculuq işləri aparılmışdı. Oğlu olmadığına görə, o, ömrünün sonunda qızının övladları – Smbat və Qriqora (ataları Aşot Aşotyan) dövlət idarəçiliyini öyrətmişdi. I Vasakın ölümündən sonra Sünik taxtına II Smbat keçmişdir.
Şəxslər | Babək • Müaviyə • Səhl ibn Sunbat • I Vasak • Stepan Ablasad • Hovannes • Atrnerseh • Feofil • Yesai Əbu Musa • Buğa əl-Kəbir • Afşin • Cavidan • Əbu İmran • ibn Müslim • Əbu Xalid • əl-Əzdi • əl-Tusi • əl-Fəzl • ibn Tahir • ibn Hişam • ibn Müsəb • Müaviyə • Abdullah • Adin • Rostam • Tarxan • ibn Bəis • əl-Kurdi • Xəlifə Mötəsim • Xəlifə Müaviyə • Məzyar | |
---|---|---|
Hərbi münaqişələr | Həştadsər vuruşması • Pavlikanlar hərəkatı • I Həmədan döyüşü • II Həmədan döyüşü • Bəzz döyüşü | |
Əsərlər | Babək (balet) • Babək (film, 1979) • Babək Hürrəmi (film, 2008) • Bəzz qalası (kitab) |