Haber Global
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Azərbaycan dili
Baş qərargah Hüzur Məhəlləsi İmam Çeşmə Yolu prospekti, Gürəl İş Mərkəzi №10, 3-cü və 4-cü mərtəbələr, 34396, Sarıyer, İstanbul, Türkiyə
Yaranma tarixi 5 fevral 2018 (qeydiyyat)[1]
21 sentyabr 2018 17:00 (test yayımı)
24 sentyabr 2018 (əsas yayım)
Sahibi Elnur Abdullayev
Məmməd Gülməmmədov
Rəhbərlik Suat Toxdaş (2018)
Ərdoğan Ağdaş (2018 – 2020)
Faruq Dəmirəl[2] (2020 – hal-hazırda)
Keçmiş adları TR24
Şüar Yeni haber kanalınız
Qardaş kanallar Baku TV
Sayt haberglobal.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haber Global2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalı.

Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev[3], İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur.[4]

Global Media Groupa daxildir.

Tarixçə

2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı.[5] Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi.[6] Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi.[7] Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi.[8] İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi.[9] Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.[10] Lakin o, bu vəzifədə cəmi 16 ay qala bildi.[11] Ərdoğan Ağdaşdan sonra telekanalın rəhbəri jurnalist Faruq Dəmirəl oldu.

Xarici keçidlər

İstinadlar

  1. "Haber Global – Künye". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  2. "Gerçek Gündem – Haber Global'de Flaş Atama". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  3. "Elnur Abdullayev kimdir? Kaç yaşında, nereli, mesleği ne? Elnur Abdullayev hayatı!". Haberler (türk). 2023-06-05. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  4. "Məmməd Gülməmmədova ağır itki üz verdi - FOTO". kaspi.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  5. "Haberler.com – Türkiye'de Yeni Haber Kanalı Kuruluyor". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  6. "Superhaber.tv – Azeri sermayeli TR24 TV'ye kötü haber!". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  7. "T24 – İsim değişikliğine giden haber kanalına RTÜK'ten izin". 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  8. "Medyafaresi – Türkiye'nin en yeni haber kanalı Haber Global TV yayın hayatına başladı". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  9. "Medyaradar – Genel Yayın Yönetmeni Medyaradar'a açıkladı!". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  10. "Oda TV – Erdoğan Aktaş'ın yeni adresi belli oldu". 2018-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
  11. "Haber Vitrini – Erdoğan Aktaş Haber Global'den ayrıldı". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.