Erzyan dili | |
---|---|
Orijinal adı | эрзянь кель |
Ölkə | Rusiya |
Regionlar | Mordoviya, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Penza vilayəti, Nijeqorod vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayəti, Saratov vilayəti. |
Rəsmi status | Mordoviya |
Tənzimləyən təşkilat | 96 860 nəf, o cümlədən Rusiyada 57 000 nəfər. [1] (2010-cu il siyahıya alınmaya qədər) |
Danışanların ümumi sayı | |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | kiril əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | erz 835 |
ISO 639-1 | — |
ISO 639-2 | myv |
ISO 639-3 | erz |
Dilin strukturlarının dünya atlası | moe |
Atlas of the World’s Languages in Danger | 350 |
Ethnologue | myv |
Linguasphere | 41-AAD-aa |
ELCat | 3207 |
IETF | myv |
Glottolog | erzy1239 |
Vikianbarda əlaqəli mediafayllar |
Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri.
Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər.[2]
Rusiya Statistika Komitəsinin məlumatına görə [3] özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında [4] və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir[5].
Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar.
Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır. Erzyan dildə danışanların 69 % erzyan dilini öz ana dili, 30,8 % isə rus dilini ana dili hesab edir.
Erzyan dili Mordoviya Respublikasının rəsmi dilidir.