Erg chebbi, Mərakeş (Afrika)
Erg chebbi, Mərakeş (Afrika)

Dyundənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri.

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. [1]

Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər. Dyunun barxandan əsas fərqi ondan ibarətdir ki, onun möhkəm tərəfi bitki örtüyü ilə örtülə bilir və bütün gücə baxmayaraq o dəyişmir və küləyin əsməsi istiqamətinə tərəf yönəlir.

Dyunlar planetin müxtəlif torpaq və bitki zonalarında, çayların, göllərin və dənizlərin qumlu sahillərində geniş yayılmışlar. Dyünların əsas xüsusiyyəti ondan ibarətdi ki, onlar küləyin köçürülməsi ilə hərəkət etmək qabiliyyətinə malikdirlər və daimi qüvvətli küləklərin təsiri ilə hərəkət edirlər. Dyunların sürəti ildə 20 metrədək ola bilər. Sahilyanı ərazilərdə onlar torpağa tərəf dərin hərəkət edirlər. Dyunların hərəkəti bir problemdir. Belə ki, onlar yolları, sahələri, otlaqları, kiçik yaşayış məntəqələrini basa bilirlər. Onlara qarşı mübarizə tədbirləri torpaqların bərkidilməsidir. Rusiyada ən yüksək dyunlar Dağıstan ərazisində, Mahaçqala yaxınlığında olub Sarıqum adlanır. Hündürlüyünə görə ikinci yerdə Kurş əyaləti durur ki, Rusiyanın Kalininqrad bölgəsindədir. Onlardan ən hündürü Efa dyunudur ki, alman müfəttişi Vilgelim Efanın şərəfinə adlandırılıb, hündürlüyü 6.5 metrə çatır.[2]

Formaları

[redaktə | mənbəni redaktə et]

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  2. Иностранцев А. А. Дюна // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.