Arslan Yabqu
Doğum tarixi X əsr
Vəfat tarixi 1032
Vəfat yeri
Uşağı
Atası Səlcuq bəy

Arslan YabquSəlcuq bəyin oğlu, Oğuz bəyi, sərkərdə.

1025-ci ildə Qaraxanlı Qədir xan və Sultan Mahmud bir araya gələrək, oğuzların Mavarünnəhrdən qovulması barədə razılığa gəldilər. Onların planı əsasında oğuzların rəhbəri Arslan Yabqu danışıqlar adı altında Səmərqəndə dəvət edildi. O, Səmərqəndə gələn kimi həbs edildi. Sonra Arslan Yabqunu Hindistana sürgün elədilər. O, bir qalada 7 il həbsdə qaldı və 1032-ci ildə orada vəfat etdi. Bundan sonra başsız qalan oğuzlar (türkmənlər) çöllərə dağıldılar. Ancaq Toğrul bəyÇağrı bəy çətinliklə onları bir yerə yığa bildilər. Bu arada 4 min oğuz ailəsi qəznəlilərdən icazə alaraq Xorasana getdi. Buradan da onların bir hissəsi İraqa köç edərək orada məskən saldılar.

Mənbə

Həmçinin bax

İstinadlar

Xarici keçidlər