Anri Masse
Anri Masse
Doğum tarixi
Doğum yeri Fransa Fransa, Lünevil
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Fransa Fransa, Sko
İş yerləri

Anri Masse (2 mart 1886[1][2][…], Fransa9 noyabr 1969[1][3][…], Paris) – Fransız şərqşünası[4]

Həyatı

Anri Masse 2 mart 1886 Fransada anadan olmuşdur. 1941-ci ildə Paris universitetinin professor akademiki. 1959-cu ilərdə Parisdə Müasir Şərq dilləri məktəbinin direktoru olmuşdur. İxtisasça iranşünas olan Anri Masse klassik və müasir fars ədəbiyyatını, incəsənətini və iran xalqları folklorunu öyrənmiş, Caminin "Baharıstan" əsərini fransız dilinə tərcümə etmişdir. Firdovsi, Nizami, Sədi, Cami və başqa klassiklər haqqında tədqiqatları var. 1950 ildə "Fars antoloqiyası (XI- XIX əsirlər)" əsərini nəşr etdirmişdir. Anri Masse İslam dini tarixi ilə də məşğul olmuş, onun zəngin faktlar əsasında, lakin idealist mövqedən yazdığı "İslam" əsəri məşhurdur.[4]

Yaradıcılığı

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Marie Nicolas Philippe Henri MassÉ // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. Henri Massé // Babelio (fr.). 2007.
  4. 1 2 3 4 Azərbaycan Sovet Ensiklopediyası, cild 6, səh. 384