Xeops
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. XXVII əsr
Vəfat tarixi e.ə. 2566
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi
Atası Sneferu
Ailəsi Dördüncü sülalə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xeops (Xufu[1][2] və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsre.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir.[3]

Həyatı

[redaktə | mənbəni redaktə et]

Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir.[4] Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.[3] Hər halda, Xeops bu proseslə misirliləri yükləmiş və tanrıların məbədlərini bağlamışdır. Xeopsun hakimiyyəti dövründə dini tikililər məbədlər deyil, kral qəbiristanlıqları rolunu daşımışdır. Alimlərə görə, Xeopsun dövründə günəş tanrısı Ranın ətrafında ümumi kult yaranmışdı.[4]

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. Агеенко Ф. Л., Собственные имена в русском языке. Словарь ударений, 2001, страница 339b
  2. Кинк Х.А. Как строились египетские пирамиды / Отв. ред. Ю. Я. Перепёлкин. — М.: Наука (ГРВЛ), 1967. — 112 с. — (По следам исчезнувших культур Востока) — стр. 5
  3. 1 2 Хеопс  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  4. 1 2 ХЕО́ПС / И. А. Ладынин // Хвойка — Шервинский. — М. : Большая российская энциклопедия, 2017. — С. 29. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 34). — ISBN 978-5-85270-372-9.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]