Half-Life: Opposing Force
Qutu versiyasın üz qabığı
Qutu versiyasın üz qabığı
Hazırlayan Gearbox Software
Yayımlayan Sierra Entertainment
Valve Corporation
Distribüterlər Steam
Seriya Half-Life
Buraxılış tarixi
  • ŞA: 1 noyabr 1999
  • AV: 15 noyabr 1999
Versiya 1.1.2.1/2.0.912.37
Janrlar Birinci-şəxs atıcı
Yaş reytinqləri ELSPA: 15+
ESRB: M
PEGI: 16
USK: 16
Dizaynerlər Rendi Riçford
Ssenaristlər Stiven Bahl
Rob Heironimus
Kristi Cunio
Rendi Riçford
Texniki məlumat
Platformalar Microsoft Windows
Mühərriklər GdSrc
Oyun rejimləri Birnəfərli oyun, Multipleyer
İnterfeysin dili ingilis dili[1], fransız dili[1], alman dili[1], koreya dili[1]
Daşıyıcılar CD, Steam
Sistem tələbləri 133 MHz processor
24 MB RAM
SVGA video kard
İdarəetmə Klaviaturamaus
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır.[2] Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir.

Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir.[3]

2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır.[4]

Oyun prosesi

[redaktə | mənbəni redaktə et]
Adrian Şepard qara əməliyyatçılarla atışır

Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur. İtirilən zireh faizləri Qara Mezanın çox yerində rast gəlinən həm xüsusi HECU cihazları, həm də batareyalar vasitəsilə bərpa etmək olar. Fənər əvəzinə oyunçuya qaranlıqda xeyli məsafəni aydın göstərən gecə görüntüsünü təmin edən cihaz verilir. Yanan cihazın batareyası get-gedə boşalır və bir də yaxşı çalışması üçün cihazı bir müddət söndürmək lazım gəlir.

Təbii ki, Opposing Force əlavəsində HECU əsgərləri oyunçunun müttəfiqləri olurlar. Bütün oyun boyu qəhrəman bir neçə dəfə öz silahdaşları ilə birlikdə vuruşur. Bu oyun prosesinin inkişafı üçün Opposing Force əlavəsinə iki yeni əsgər növü — həkimmühəndis yeridilib. Həkim yaralı oyunçu və əsgərləri sağaldala bilir, mühəndis isə qaynaq apparatı vasitəsilə ağır dəmir qapıları sındıra bilir. Oyunda elə anlar var ki, qəhrəman bu iki əsgəri qarşılıqlı əməkdaşlığa sövq etməlidir: məsələn, həkimi yaralı mühəndisin yanına gətirməlidir ki, o da öz növbəsində yolu kəsən dəmir qapını sındırsın. Qara Mezanın heyətinə qaldıqda isə onlar oyunçuya düşmən mövqedə deyillər və qəhrəmana müəyyən anlarda yardım da edə bilərlər. Heyət üzvlərində də dəyişiklik olub. Mühafizəçilər arasına yenisi — kök Otis adlı mühafizəçi əlavə olunub.

Half-Life: Opposing Force əlavəsində özünün "Boot Camp" adlı təlim missiyası var. Burada oyunçu hərbi təlim lagerində Half-Life oyun prosesinin əsaslarını öyrənir, kanatla dırmaşma və digər əsgərlərlə radio-əlaqə qurmaq kimi yeni geympley elementlərini sınaqdan keçirir.

Süjet

[redaktə | mənbəni redaktə et]

Opposing Force-da cərəyan edən hadisələr orijinal Half-Life-da gedən hadisələrlə çox sıx bağlıdır. Belə ki, oyunçu Qordon Frimanı görə, əvvəldə onun HECU ali komandanın verdiyi əmri eşidə və birinci oyunda olduğu yerləri yenə gəzə bilər.

Orijinal Half-Life-da "Qara Meza" elmi-tədqiqat kompleksində eksperementin iflası və sonrakı "kaskad rezonansı" fəzaarası portalı açır və paralel dünyü Zen-dən kompleksə çoxlu sayda gəlmələr keçir. Sağ qalmış alim və mühafizəçilər Qara Mezanı bütün mümkün vasitələrlə tərk etməyə çalışırlar. Hökumət tərəfindən göndərilən HECU xüsusi təyinatlılar gəlmələri Qara Mezada məhv etmək və bütün şahidləri — yəni kompleksin işçi heyətini "təmizləmək" əmri alırlar. Adrian Şepard, oyunçunun personajı bu əməliyyatın iştirakçısı olur. Onun helikopteri gəlmələrin uçan aparatı vasitəsilə vurulduqdan sonra Şepard əsas qrupdan ayrı düşür və başqa tək qalmış əsgərlərə qoşularaq, ağır döyüşlər gedən kompleksdən təxliyə nöqtəsinə yarıb keçmək istəyir.

Amansız və şiddətli döyüşlərdən sonra Şepard mərkəzdən geri çəkilmək haqda əmr gəlib. Xüsusi təyinatlıdan müstəqil hərəkət edən qara əməliyyatçıların gizli dəstəsi Qara Mezanı bir neçə termonüvə döyüş başlıqları ilə məhv etmək niyyətindədirlər. Buna baxmayaraq Şepard bombanı deaktivasiya edə bilir. Ancaq sonradan sirli G-man-nin bombanı necə aktiv etdiyi görür. Gəlmə Geno soxulcanı öldürdükdən sonra Şepard gözlənilmədən G-man-lə birlikdə helikopterdə yaranır. G-Man Şeparda deyir ki, o, özünə və başqalarına zərər verə bilməyən, təhlükəsiz yerdə saxlanılacaq. Daha sonra Adriana bildirir ki, O, G-man-a özünü xatırladır. Ancaq yenə də təhlükəli şahiddir. Burada oyun bitir.

Hissələr

[redaktə | mənbəni redaktə et]
Adrian Şepard və İrq X

Düşmənlər

[redaktə | mənbəni redaktə et]

Orijinal Half-Life-dakı düşmənlərdən əlavə burada bir çox yeniləri də var. Belə ki, oyunçuya Zen dünyasından əlavə öz hədəflərini güdən və yalnız Opposing Force-da olan İrq X-lə də rastlaşır.

Əgər orijinal Half-Life-da oyunçunun ən-ənəvi insan düşməni HECU əsgərləri idisə burada əksinə əsgərlər dost, qara əməliyyatçılar isə düşməndirlər. Bu xüsusi təyinatlılar Qara Mezanı və nəinki tədqiqat mərkəzinin personalınə məhv etmək həmçinin təxliyəyə çatdırmamış HECU əsgərlərini də aradan qaldırmaq üçün göndəriliblər. Orijinal Half-Life-da haqqında danışılan əməliyyatçılarla — qadın-qatillərlə döyüşüb; Opposing Force-da qadın əməliyyatçılarla yanaşı həm də kişi əməliyyatçılar və müxtəlif növ yeni texnika da var.

Zen dünyasından olan düşmən-gəlmələr arasına isə yeni düşmən – Gonom və yoluxmuş HECU əsgəri ilə Qara Meza mühafizəçilərindən olan zombilər əlavə olunub.

Saundtrek

[redaktə | mənbəni redaktə et]

Digər Half-Life seriyalarından fərqli olaraq Oppsing Force-dakı musiqini Kris Censen yazıb. Buradakı saundtrek Half-Life: Blue Shift-də də istifadə olunub.

  • 1. "Scientific Proof" (0:15)
  • 2. "Orbit" (0:46)
  • 3. "Name" (1:50)
  • 4. "Listen" (0:15)
  • 5. "Fright" (0:58)
  • 6. "Storm" (1:36)
  • 7. "Trample" (1:16)
  • 8. "Bust" (1:46)
  • 9. "The Beginning" (2:05)
  • 10. "Lost in Thought" (1:19)
  • 11. "Danger Rises" (1:14)
  • 12. "Soothing Antagonist" (1:25)
  • 13. "Run" (0:51)
  • 14. "Open the Valve" (1:22)
  • 15. "Tunnel" (1:24)
  • 16. "Chamber" (1:31)
  • 17. "Maze" (0:57)
  • 18. "Alien Forces" (1:14)
  • 19. "Planet" (1:30)

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

İstinadlar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Steam. 2003.
  2. "Half-Life: Opposing Force". Gearbox Software. 2012-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
  3. "OpFor CTF Announced". IGN. 4 may 2000. 15 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 August 2010.
  4. "Counter-Strike: Source and Half-Life 1: Anthology available now at North America retail outlets". Steam. 26 sentyabr 2005. 2011-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.
  5. "Opposing Force Aliens Addon". FilePlanet. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-23.

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Rəsmi saytlar: