Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Gəncədə Azəralüminium fabriki, 2006

Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi.

XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi.

Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.