dpkg
Müəllif Yan Mördok
Tərtibatçılar dpkg komandası
Repozitoriya git.dpkg.org/git/dpkg/dp…
Proqramlaşdırma dili C[2], C++[3], Perl[2][3]
Əməliyyat sistemi UNIX tipli sistemlər
İnterfeysin dili C
Yayımlanma tarixi yanvar 1994
Sonuncu versiya
  • 1.16.15 (5 iyun 2014)[1]
Lisenziya GNU GPL
Sayt wiki.debian.org/Teams/Dp…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

dpkg — Debian əməliyyat sistemində paketlərlə idarəetmə sisteminin proqram təminatıdır. dpkg proqramı .deb paketlərini yazmaq və silmək üçün istifadə edilir.

dpkg olduqca aşağı mərhələli utilitdir. APT kimi yüksək mərhələli utilitlər də mövcuddur ki, onlar şəbəkə repozitorluğundan paketləri endirməyə və izləməyə imkan verir. Son istifadəçilər üçün daha rahat və qrafik interfeysə malik utilitlər – Aptitude və ya Synaptic daha uyğundur. Bu proqramlar paketlər siyahısına baxmaq, onların elementlərinə göz gəzdirmək üçün idealdır.

Tarixi

[redaktə | mənbəni redaktə et]

dpkg ilkin olaraq Met Uelş, Karl Striter və Yan Mördok tərəfindən yaradılmışdır. Yaradıcıların üç nəfər olmasına baxmayaraq proqramın ideya müəllifi və əsas inkişafçısı Yan Mördok olmuşdur. İlkin olaraq dpkg Perl proqramlaşdırma dilində yazılmışdır. Ancaq bir müddət sonra Yan Mördok tərəfindən 1993-cü ildə C proqramlaşdırma dilinə yenidən yazılmışdır. "dpkg" adı "Debian package" sözünün qısaldılmasıdır.

İstifadə nümunələri

[redaktə | mənbəni redaktə et]

.deb paketi yazmaq üçün:

dpkg -i deb_paketi

deb_paketi hissəsi — paket faylının adıdır (fayl .deb formatındadır). dpkg-də işləmək üçün onu mütləq "root" kimi buraxmaq lazımdır.

Yazılmış paketlərin siyahısını çıxarmaq üçün:

dpkg -l [mask]

Yazılmış paketi silmək üçün:

dpkg -r paket_adı

Yaradıcıların alətləri

[redaktə | mənbəni redaktə et]

dpkg-dev paketi paket yaratmaq üçün bir neçə alətə malikdir:

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Jover G. Release 1.16.15 (ing.). 2014.
  2. 1 2 https://www.openhub.net/p/dpkg/analyses/latest/languages_summary.
  3. 1 2 https://alioth.debian.org/projects/dpkg.