Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim Misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon IV Amenhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur.
"Tanrı uludur, birdir, təkdir. Ondan başqası yoxdur. Odur hər varlığı Yaradan. Bir ruhdur Tanrı, görünməyən bir ruh. Ta əzəldən var idi Tanrı. Heç bir şey yox ikən O vardı. Hər şeyi O yaratdı. Əzəldən bəri mövcud olan varlığı əbədiyyətə qədər sürəcək. Gizlidir Tanrı, kimsə görməyib Onu. İnsanlara və yaratdıqlarına hər zaman sirr qalacaqdır".
Bu tərif firon Exnaton tərəfindən Aton üçün şeir olaraq yazılmışdır.
Exnaton (e.ə. 1372 – e.ə.1354) atası III Amenhotepin ölümündən sonra 18-ci sülalənin 9-cu fironu olur. Bu dövrdə Misirdə hakim inanc baş tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlarkən mütləq kahinlərin öncəgörmələrini və fikirlərini nəzərə alırdılar, lakin bütün bunlara baxmayaraq hələ də tam bilinməyən səbəblərdən IV Amenhotep hakimiyyətinin ilk illərində digər yaradıcıları inkar edərək, yalnız Günəş tanrısı Atonu tək yaradıcı kimi qəbul edir və verdiyi qanunla xalqın da buna əməl etməsinin vacibliyini bildirir. Karnak məbədlərini bağlayaraq Amon kahinlərini vəzifədən uzaqlaşdıran Amenhotep e.ə. 1366-cı ildə Amona sitayişin güclü olduğu Fiva şəhərini tərk edir və indiki Tel əl-Amarna şəhərində yeni ibadət mərkəzi yaradır. Yeni inancın şərəfinə həmin mərkəzi Axetaton, yəni "Günəş üfüqü" adlandırır. Öz adı – Amenhotep "Amon məmnundur" mənasını verdiyi üçün onu dəyişdirərək Exnaton – "Günəşə sərfəli" qoyur. Firon Exnatonla yanaşı onun ailə üzvləri və saray əyanları da adlarını dəyişirlər və getdikcə Atona inam genişlənir.
Beləliklə, firon Exnaton 41 yaşında ikən minillik Misir inancını kökündən dəyişərək Tanrının bir olduğunu, həmçinin təkcə Misirin deyil bütün kainatın yaradıcısı olduğunu bildirir. Bütpərəstliklə mübarizə aparan Exnaton Amon məbədini bağlatdıraraq yerinə "Gematon" ("Atonu tapdıq") adlı başqa bir məbəd inşa etdirir. Köhnə məbədlərdən fərqli olaraq Aton məbədləri tavansız tikilir. Xalqın fironları tanrı səviyyəsinə yüksəltmələrinə qarşı çıxan Exnaton dini mərasimlərdə bütün xalqın gözü qarşısında ailəsi ilə birgə iştirak etməyə başlayır. Getdikcə Atona daha çox bağlanan Exnaton yaradıcıya şeirlər həsr etməyə başlayır:
"Aton, gündüz kimi işıqlı Aton. Gözlərimiz sənə baxır və səni görür. Sən mənim qəlbimdəsən, lakin səni tanımaq istəmirlər. Sadəcə mən, sənin qulun Exnaton səni tanıyır. Onlara axtarma gücü ver. Sənin gücün, sənin planın sonsuzdur. Dünya sənə aiddir və sənindir. Çünki onu sən yaratdın…"
Exnatonun dini islahatı insanların dini, mədəni, əxlaqi həyatında mühüm dəyişikliklərə səbəb olur yeni əxlaqi keyfiyyətlər formalaşır:
Artıq bu dövrdən etibarən fironların rəsmləri ilahi formada deyil, olduğu kimi çəkilir, lakin Exnaton firon olsa da, hakimiyyəti baş naib və baş kahin Ay, ordu komandanı Horemheb, xəzinədar Mayla birlikdə edirdi. Elə buna görə də o, bir versiyaya görə zəhərlənərək öldürülür.
Exnatondan sonra hakimiyyətə gələn oğlu Tutanxaton atasının ölümünü Amonun qəzəbinə bağlayır və adını dəyişərək Tutanxamon edir və yenidən əski inanca qayıdaraq paytaxtı Memfisə köçürür, fəqət onun da hakimiyyəti uzun sürmür, kahin Ay tərəfindən hazırlanan sui-qəsd planına əsasən öldürülür. Bu hadisələrdən sonra Exnatonun nəslindən olanların bəzilərinin adları məbədlərdən silinir. Tutanxamonu öldürtdükdən sonra heç bir varis olmadığından kahin Ay şahzadə ilə evlənir və Misir adətinə görə hakimiyyət ona keçir, lakin ordu komandanı Horemheb onu devirərək taxt-taca sahib olur. Exnatonun ölümündən sonra Axetaton şəhəri yerlə yeksən edilir və onun ismi lənətlənmiş firon kimi tarixə düşür. Təsadüfi deyil ki, ən çirkin firon heykəli də ona məxsusdur. Exnatonun qəbrində aparılmış tədqiqatlar onu göstərir ki, burada heç bir mumiyalama prosesi olmayıb və çox güman ki, tək tanrı Atonun əmrinə əsasən torpağa basdırılıb.
Minillik inancı kökündən dəyişərək yalnız Günəşə inamı yaratmaqda Exnatonun hansı məqsəd güdməsi barədə bir sıra ehtimallar var və bu haqda Ziqmund Freyd başda olmaqla bir sıra tədqiqatçılar araşdırma aparıblar:
Bu gün Aton dini tarixin dərinliklərinə qərq olsa da, onun prinsipləri sonrakı monoteist inanclara keçərək öz varlığını bu günədək sürdürür.
Qədim Misir mifologiyası | ||
---|---|---|
Tanrılar | Aken • Aker • Amon • Anubis • Anuket • Apis • Apop • Aton • Atum • Bast • Bes • Geb • Horus • İsida • Kuk • Maat • Mafdet • Menhit • Meritseger • Mesxenet • Min • Mut • Montu • Neyt • Nefertum • Neftida • Nexbet • Nun • Nut • Onuris • Osiris • Paxt • Ptah • Ra • Rat-yaui • Satis • Sobek • Selket • Set • Sexmet • Seşat • Sokar • Sopdu • Sopdet • Tatenen • Taurt • Tefnut • Tot • Uacet • Usret • Xapi • Xatmexit • Hathor • Xeka • Xekat • Xehri • Heh • Xnum • Xonsu • Xoranın dörd oğlu • Şu | |
Əlyazmalar | Amduat • Nəfəs kitabı • Mağara kitabəsi • Ölülər kitabı • Yer kitabı • Qapı kitabəsi • Axirət kitabı • Rozetta daşı • Abidos siyahısı • Turin çar papirusu • Sakkara siyahısı • Torpaq kitabı • Səma inəyi kitabı • Mağara kitabı • Ehram mətnləri • Sarkofaq mətnləri | |
İnanc və mərasimlər | ||